Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

LAKTASİYA: KÖRPƏNİN DOYMAĞINI NECƏ BİLMƏK OLAR?

Bir çox gənc analarda, körpəyə südün kifayət qədər olub- olmaması problemi narahatçılığı əbəs deyil. Çünki, körpə həyatının ilk aylarında böyümə və inkişaf üçün zəruri qida maddələrinin yeganə mənbəsi - ana südüdür. Hətta,  müasir südlü  körpə qidaları öz tərkiblərilə ana südü ilə  "rəqabət" apara bilmirlər.  Buna görə də, ana hər şey etməlidir ki, körpə, ana südünü  zəruri miqdarda ala bilsin. Körpənin doymasını necə bilmək olar, və əgər süd kifayət deyilsə, onda hansı tədbirləri görmək lazımdır?

Doymamağın əsas əlamətləri

       Əsas göstəricilərindən biri - uşağın çəkisidir. Ilk altı ay ərzində yeni doğulmuş körpə,  ayda 500- 700 qr (orta hesabla, həftədə  - 125qr) çəkisini artırmalıdı.  İkinci mühüm meyar – sidik ifrazının sayı və həcmidir. Bir yaşa qədər, körpənin  gündə ən azı 15 dəfə sidiyə getməsi normal hesab olunur. Əgər sidik ifrazının sayı azalırsa, onda doymamaqdan söhbət gedə bilər.

Uşağın ümumi vəziyyəti də, onun  doymağının sübutu ola bilər. Yaxşı əhval-ruhiyyə və sağlam yuxu – qidalanmanın doğru olması əlamətləridir. Lakin , uşaq narahatdırsa, tez-tez oyanırsa və  çox ağlayırsa, ola bilsin ki,  onun  aclığı var. Bundan əlavə, həm tez-tez  uzunmüddətli əmizdirəndə, həm də, uşaq  əmzikdən imtina etdikdə, ana şübhələnməlidir.

Doymamağın bir çox səbəbləri var. Onlardan biri – hipoqalaktiya, və ya ana südü çatışmazlığı, hansı ki, ilk növbədə, qeyri-düzgün əmizdirmə texnikası (əmizdirməyə gec başlamaq və ya əmziyi düz verməmək,  nadir və ya qısamüddətli əmizdirmə, erkən əlavə qidalanmaya başlama, süni əmzikdən istifadə)  səbəbindən baş verir.  İkinci səbəb, psixoloji vəziyyətlə  (stress, yorğunluq, narahatlıq, əmizdirmək istəməmək) bağlıdır. Ümumdünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, sağlamlıqla bağlı bu və ya digər səbəblərə görə, qadınların yalnız 1% əmizdirə bilməz.

Qadın dünyaya uşaq gətirmək və əmizdirmək üçün yaranmışdır, buna görə də, çox zaman hipoqalaktiyanı  kənarlaşdırmaq olar. Sadəcə, səbirli olmaq lazımdır.

Laktasiyanı necə normallaşdırmaq olar?

İlk növbədə, həyat tərzinə diqqət yetirin. Belə ki, yenicə ana olmuş qadına, mümkün qədər,  çoxlu istirahət etmək, stressli hallardan qaçmaq və açıq havada gəzişmək lazımdır. Əgər yaxınlıqda park və ya yaşıl sahə varsa, çalışın ki, orada, şəhər və avtomobil yollarınından kənar yerdə,  gəzişin.

Müvafiq həyat tərzinin mühüm hissəsi - pəhrizdir. Körpənin tam qida alması üçün balanslaşdırılmış pəhriz və  bol maye (gündə 2 litr) qəbul etmək lazımdır.

Süd çatışmazlığında, çox zaman,  laktostimuledici maddələrdən, məsələn, arı südündən, istifadə olunur.  Bu təbii məhsul tərkibində  insan orqanizmi üçün  əvəzolunmaz amin turşuları, vitaminlər (A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K, fol turşusu),  makro-və mikroelementlər (K, Na, Ca , Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Ni, Cr , Si, Bi) və həzmi yaxşılaşdıran  fermentlər vardır.  Arı südü, maddələr mübadiləsi, həzm prosesi, qanəmələgətirmə prosesi, ürək fəaliyyəti  və ən əhəmiyyətli, süd vəzində, süd istehsalını yaxşılaşdırır.  Arı südünü dərman formasında  Apilak Grindeks preparatı şəklində  əczaxanalarda tapmaq olar http://www.apilac.ru. Bu dərman preparatı  ilə müalicə kursu,  əmizdirən ana orqanizmini , tələb olunan  minerallar maddələr, mikroelementlər və vitaminlər ilə təmin edir və bu səbəblərdən təyin olinur:

• doğuşdan sonrakı dövrdə  laktasiyanı yaxşılaşdırmaq  üçün;

• doğuşdan sonra ana orqanizmini bərpa etmək;

• ana və körpənin immunitetini artırmaq üçün;

• hamiləlik zamanı  yaşam gücü balansını saxlamaq üçün;

• tonusu artırmaq və xroniki yorğunluğun qarşısının almaq;

• nevrotik  pozuntular və doğuşdan sonrakı depresiya üçün;

• maddələr mübadiləsinin təkmilləşdirilməsi və fiziki formanı bərpa etmək üçün.

Əmizdirmə- düzgün texnika tələb edir

Çox zaman, laktasiya ilə bağlı problemlər  və bunun  nəticəsi kimi, körpənin doymaması, qeyri- düzgün əmizdirmə texnikası səbəbindəndir. Çünki, əmizdirmə,  təkcə təbiətlə əsaslanan təbii  proses deyil. Əmizdirməni öyrənmək lazımdır. əmizdirməni başqa, daha təcrübəli əmizdirən qadınlardan öyrənmək, ideal olardı. Lakin,  yanınızda başqa örnək yoxdursa, onda, bir neçə, sadə gigiyena və texniki  qaydalar laktasiyanı tənzimləməyə kömək edərlər.

Əmizdirməkdən əvvəl əlləri yaxşıca yumaq . Südün ilk 2-3 damcısını sağmaq yaxşı olar. Əmizdirmə zamanı, sizin bədən duruşu o qədər rahat olmalıdır ki, siz  uzun müddət gərginlik hiss etməyəsiniz.  Məsələn, oturarkən, dayaq bir ayaq üzərinə düşməli və ya yanakı uzanaraq əmizdirmək lazımdır.  Hər əmizdirmə zamanı, körpəyə yalnız bir döş verilməlidir. Körpənin ağzına,  döş areolasının böyük hissəsi daxil olmalıdır, çünki, körpə əmzik yox, döş əmir. Körpəni doymayanadək döşdən ayırmayın. Körpə doyduqdan sonra, özü döşü buraxır. Əmizdirdikdən sonra, mütəxəssislər,  döşü 10-15 dəqiqə təmiz hava ilə təmas üçün açıq saxlamağı məsləhət görürlər. Əmzik üzərində qalan süd  yağla zəngindir və  dərini çatlardan qoruya bilər. Bu səbəbdən, döşləri  gündə iki  dəfədən artıq olmayaraq, sabunsuz  yumaq lazımdır.

Təmkinlik, yalnız təmkinlik!

Digər, çox mühüm bir  məqam,  qadın əhval-ruhiyyəsidir.  Laktasiya - ana və uşağın həyatında,  incə psixoloji əlaqələrin yaranması və hətta gələcək əlaqələrin təməlqoyması üçün  mühüm dövrdür. Əmizdirmədən əvvəl, müsbət və təmkinli vəziyyət - Sizin ideal başlanğıc mövqenizdir. Qeyri-müəyyənlik və qorxu hisslərini unudun – Sizdə hər şey alınacaq. Özünüzə inanın və iftixar hissi ilə deyin: "Mən - əmizdirən anayam!".

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.