Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

ƏMİZDİRMƏNİN ƏSAS QAYDALARI

Əmizdirmək  - ana və körpə üçün təkcə zəruri və xoş  deyil, həm də məsuliyyət tələb edən prosesdir. Əmizdirməyə əvvəlcədən, hətta hamiləlik zamanı, hazırlıq aparılmalıdır. Uğurlu əmizdirmənin əsasını, sağlam həyat tərzi, düzgün pəhriz, qadınların pozitiv əhval-ruhiyyəsi təşkil edir. Əmizdirmənin əsas qaydaları və sirlərini  bu məqalə təqdim edəcək.

Düzgün əmizdirmək üçün  hazırlaşırıq!

İlk növbədə, gələcək ana, həqiqətən öz uşağını əmizdirməklə qidalandırmaq istəyinini dəqiqləşdirməlidir. Özünə inam, müsbət fikirlər, körpəni sevinclə gözləmək – bütün bunlar, hamilə qadının ən yaxşı sirdaşlarıdır.

Qadın orqanizmi, hamiləlik zamanı əmizdirməyə yönəlir. Yaxınlaşan doğuş ilə, süd vəzləri əhəmiyyətli dərəcədə böyüyürlər və qadın öz orqanizmini yüngül və rahat əmizdirməyə hazırlamalıdır.

Təxminən, doğuşa qədər 6 həftə qalmış,süd daxil olacaq kanalları təmizləmək üçün, gündəlik süd vəzləri masajına başlamaq lazımdır. Bədən yuyularkən, suyun temperaturu dəyişdirilərək, kontrast təsir alınmalıdır. Bundan sonra, süd vəzini, yuxarı hissəsindən başlayaraq,əmzikədək,  yumşaq dairəvi hərəkətlərlə ovuşdurmaq olar.

Körpə gözləyən ailə, əvvəlcədən, südsağan apparat, südü dondurmaq üçün steril paketlər, rahat lifçik və lifçik üçün birdəfəlik yastiqciqlar kimi, zəruri şeylər almalıdır. Körpəni rahat və rahat vəziyyətdə əmizdirmək üçün,  kiçik yumşaq yastıklarla rahat bir kreslo ilə, xüsusi bir künc düzəltmək  yaxşı olardı.

 

Əmizdirmək = təbii qidalanma!

Hər bir ana anlamalıdır ki, körpəni əmizdirmək - bu təbiət tərəfindən tövsiyə olunan, təbii prosesdir! Böyüklərdən fərqli olaraq,  yemək üçün xüsusi saat gözləmədən, körpəni, onun tələbinə uyğun qidalandırın. Zaman keçdikcə, sizin və körpənizin, hər ikinizə uyğun , rahat , qidalanma proqramı tənzimlənəcək . Əmizdirmə zamanı, uşağın, əmcəyi düzgün tutmasına  əmin olun. Əmizdirmə zamanı qadında ağrı və narahatlıq - əmcək körpə ağzında düz tutlmayıb  və onu düzəltmək lazımdır. Əmizdirmək dövrünü çalışın ki, mümkün qədər uzadasınız, çünki bu, uşaq sağlamlığına müsbət təsir göstərəcək!

 

Əmizdirən ananın qidasını və onun südünü zənginləşdirək.

Körpənin doğulması ilə, qadının həyatı kardinal sürətdə dəyişir. Körpə ilə bağlı narahatlıq və qayğılar, əlbəttə ki, tamamilə şən və sevindirici olurlar, lakin, çox zaman ana üzülür və zəifləyir. Bununla bağlı, ana südünün tərkibi və  keyfiyyəti də dəyişə bilər.

Belə xoşagəlməz problemləri aradan qaldırmaq üçün bəzi məsləhətlər kömək edər.

- Gəzişmək! Təmiz havada gəzmək - ananın sağlamlığı və gumrahlığı, körpənin  iştahasının yaxşı olması üçün vacib şərtdir.

- Dolğun qidalanın! Pəhriznizə təzə meyvə və tərəvəzlər əlavə edin, meyvə şirələri, meyvə suları, südlə çay için. Rasiyondan turşuları, hisə verilmiş, konservləşdirilmiş ərzaq  məhsulları və ədviyyatları xaric edin. Diqqət! Əmizdirən ana gün ərzində ən azı 1,5 litr maye qəbul etməlidir!

- Orqanizmi daxildən gücləndirin ki, laktasiya yaxşılaşdırılsın və ana südünün tərkibi zənginləşsin! Bunun üçün "Apilak" (arı südü) preparatı sizə kömək edər.

Arı südü - demək olar ki, tanıdığımız bütün  vitaminlər, amin turşuları (lizin, metionin, fenilalin, triptofan, qlisin, serin, tironin, valin, leysin, glyutamin turşusu, arqinin, kreatin, karnitin, histidin, prolin və s.), zülallar, fermentlər və digər faydalı bioloji aktiv maddələrin əsl xəzinəsidir.Həyatı uzadan, möcüzəvi yuvenil hormon da onun unikal tərkibinə daxildir.

Əgər arı məhsullarına qarşı allergiya qeyd edilirsə, onda, "Apilak" (latınca "Apis" - arı, "Luck" - süd) qəbul edilməməlidir. Əgər allergiya yoxdursa, onda südverən  ana gündə 3 dəfə bir tablet Apilak dilin altına qoyaraq, qəbul edə bilər.

Xüsusilə "Apilak"  preparatı hipoqalaktiyanın qarşısının alınması və müalicəsi (laktasiyanın olmaması və ya kifayət qədər olmaması) üçün, eləcə də bərpaedici, tonusedici təsirə malik preparat kimi göstərişdir.

Xoşbəxt əmizdirən ana olmaq - bu çox asandır!

Əmizdirmək  üçün ciddi hazırlıq, körpəyə erkən döş vermək, birgə yuxuya getmək, "Apilak" (arı südü) qəbul etmək, ümumiyyətlə sağlam həyat tərzi kimi amillər birgə olaraq - uğur üçün əsasdır! Dolgun laktasiya dövrü, sevinc və enerji dolu bir həyat, sizə təminat verilir!

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.