
Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Doğuşa hazırlıq və sevinclə gözləmək
Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək.

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır. Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!
ƏMİZDİRMƏ ZAMANI VİTAMİNLƏR
Ana südü – körpə üçün ideal tərkibli və təbii qida hesab olunur. Braun Universiteti (ABŞ) alimləri sübut etdilər ki, ana südü ilə qidalanan uşaqlar, baş beyin inkişafında, qarışıq və süni qidalanma qəbul edən uşaqlarla müqayisədə, yaxşı nəticələr göstərirlər.
Körpəni kifayət qədər südlə necə təmin etmək olar? Gənc ananı necə inandırmaq olar ki, onun südünün tərkibində tələb olunan faydalı maddələr və vitaminlər var? Gənc ananın orqanizmini necə gücləndirmək və dəstəkləmək olar? Bizdə bu suallara cavab var!
Əmizdirmənin əsas qaydaları.
Hamiləlik dövrü- hər bir qadın üçün həyəcan və titrək gözləmə vaxtıdır. Gələcək ananın əsas narahatlığı – doğuş necə olacaq, körpədə hər şey qaydasındadırmı, düzgün əmizdirmə necə olmalıdır, kimi suallardan ibarətdir.
Artıq doğuş geridə qaldı, ana xoşbəxtdir, hər şey mükəmməl oldu! Bu andan, körpəni ana südü ilə əmizdirməyə başlamaq lazımdır! Körpəyə erkən (doğuşdan sonra 2 saat ərzində) döş vermək, əmizdirmənin düzgün başlanğıcı deməkdir və bu körpənin sağlamlığı üçün zəmanətdir.
Süd vəzləri əmziklərinə xüsusi, yuyulmaq tələb etməyən, məlhəmlərlə qulluq edin, habelə, döşləri yumşaq dairəvi hərəkətlər ilə, yuxarıdan əmziyə dogru masaj etmək məsləhətdir.
Körpə həyatının ilk günlərində, onu şüşə ilə qidalandırmayın ( əgər bu həkim tərəfindən tövsiyə olunmayıbsa) və ya ona süni əmzik verməyin, çünki kifayət qədər süd istehsal olunmaz və uşaqda əmziyi səhv tutmaq vərdişi formalaşa bilər.
Laktasiyanı stimullaşdırmaq üçün körpəni tez-tez əmizdirmək lazımdır. Bundan əlavə, əmizdirmə üzrə ekspertlər, qidalanmanı tənzimləmək və anaya körpə ilə daha sıx əlaqə yaratmaq üçün, körpə ilə birgə yuxuya getməyi təvsiyyə edirlər.
Evdə xüsusi yerin ayrılması, əmizdirmə üçün çox faydalı ola bilər. Bu ayrılmış yerdə, yumşaq yastıqlar qoyulmuş yataq üzərində və ya kresloda, qadın, körpə ilə uzaqlaşaraq, təklikdə körpəni qidalandıra bilər.
Bundan başqa, əmizdirən ananı kifayət qədər vitaminlər və faydalı maddələr ilə təmin etmək lazımdır! İndi əmizdirən ana, həqiqətən iki nəfərin əvəzinə, təkcə kəmiyyətcə yox, həm də keyfiyyətcə yeməlidir! Təzə tərəvəz və meyvələr, giləmeyvələr, qoz-fındıq, süd məhsulları,kəsmik, yağsız ət və balıq mütləq qida tərkibinə daxil olmalıdır.
Əmizdirən qadına hansı vitaminlər lazımdır?
Hər bir əmizdirən ana bilir ki, onun qida rasiyonu müxtəlif olmalıdır və tərkibinə lazım olan vitaminlər, minerallar daxil edilməlidir. Bu səbəbdən, bir çox analar, öz südlərinin tərkibinin, körpəyə kifayət qədər faydalı maddələr verəcək dolgunluğa malik olmasına əmin deyillər.
Əlbəttə ki, əmizdirən qadına bu vitaminlər lazımdır:
Vitamin C - birləşdirici toxumaların formalaşması üçün vacıbdir, eləcə də, iltihab və infeksiya əleyhinə mübarizə üçün orqanizmin qabiliyyətini artırır
Vitamin B2 (riboflavin) –qalxanabənzər vəzin düzgün fəaliyyətini təmin edir, orqanizmdə hormonal balans üçün məsuliyyət daşıyır;
Vitaminlər B3 və PP - qan damarlarının fəaliyyətini yaxşılaşdırır;
Vitamin B9 (fol turşusu) – körpənin daxili orqanlarının düzgün formalaşması üçün zəruridir;
Vitaminlər A, D - körpənin düzgün inkişafı və ananın sağlamlığı üçün zəruridir. Vitamin A –görmə qabiliyyəti üçün , Vitamin D isə, orqanizmdə kalsium və fosforun mənimsənilməsi üçün məsuliyyət daşıyır.
Mikroelement Dəmir (Fe) qanın tərkibi üçün vacibdir, qanın tərkibində dəmirin aşağı olması, anemiyaya gətirib çıxarir və uşaq inkişafda geri qala bilər;
Yod (I) körpənin qalxanabənzər vəzinin fəaliyyəti və baş beyin inkişafı üçün zəruridir;
Sink (Zn) uşaqda dəri səpgiləri ehtimalını azaldır və ona normal çəki almağı təmin edir;
Kalsium (Ca), ana və körpə üçün çox vacibdir, sağlamlıq , sümük və dişlərin inkişafı üçün zəruridir. Əgər bu element ana pəhrizində kifayət qədər deyilsə, onda bu element, əmizdirmə zamanı orqanizmdən yuyulacaq, gənc ana üçün saçların, dırnaqların və dişlərin sağlamlığı təhlükə altında olacaq.
Vitaminlərin az olması = hipoqalaktiya ?
Təəssüf ki, əmizdirən ananın qidasında kifayət qədər faydalı maddələr və vitaminlərin olmaması, habelə, yorğunluq, depressiya, əsəb gərginliyi kimi amillər, döş südünün midarını azaldaraq, hipoqalaktiyaya gətirib çıxara bilər.
Bu xəstəliyin ortaya çıxması üçün xüsusi risk qrupuna, keysəriyyə əməliyyatı ilə doğuşu olan qadınlar daxildir. Erkən doğuş və bir sıra digər amillər də riskləri artırır.
Əgər Sizin südün miqdarı azalıb və ya süd tam yozdursa, onda diaqnoz və müalicə təyin edən bir mütəxəssislə görmək lazımdır. Bir qayda olaraq, kifayət qədər süd istehsalı olmayan qadın üçün kompleks müalicə təyin olunur, eyni zamanda, xüsusi preparatlar təyin edilir.
Laktasiyanı stimullaşdırmaq üçün tez-tez tövsiyə olunan dərman preparatı, arı südü əsasında hazırlanmış, "Apilak Grindeks» dir.
Arı südü , həmçini, əmizdirən ana və körpə üçün zəruri olan, vitaminlər (A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K), makro-və mikroelementlər- K, Na, Ca, Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Si, Ni, Cr, Bi, və s. əlavə mənbəyi olaraq, eləcə də, digər bioloji aktiv maddələr ( ömürü uzadan yuvenil hormon daxil olmaqla) ilə zəngindir.
Dolğun təbii əmizdirmə, körpənin sağlam qidalanması və inkişafı üçün zəruridir. Əmizdirmənin əsas qaydalarına riayət etmək, özünə inam və təmkinlik, hər bir əmizdirən qadına laktasiyanını tənzimləmək, öz orqanizmini və ana südü tərkibini zənginləşdirmək imkanı verir!