Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, yalnız 1% qadınlar əmizdirə bilmirlər. Əgər həkimlər sizdə, laktasiyaya birbaşa  və ya dolayı təsir edən hər hansı bir patologiya aşkar etməyiblərsə, onda vəziyyəti düzəltmək olar.

Hipoqalaktiyanın 90% psixoloji problemlərlə bağlıdır. Hamiləlik dövründən başlayaraq, qadın özünü əmizdirməyə hazırlamalıdır.  Hamilə qadınlar üçün xüsusi kurslar,  mama- ginekoloqların məsləhətləri və tələb olunarsa, psixoloq məsləti bu hazırlıqda sizə kömək edə bilər.

Siqnal yoxdursa – süd yoxdur

Uzun zaman gözlənilən an gəlib çatdı: siz artıq ana oldunuz. Bu dəqiqəni qaçırtmaq olmaz, çünki, gec başlanan əmizdirmə, süd quraqlığının səbəblərindən biridir. "Süd zavodu"nun işə başlaması üçün, körpənin özünün verdiyi siqnal vacibdir:həyatının ilk saatında yeni doğulmuş ac olmasa da, intuisiyaya əsasən əmzik axtarır. Əgər körpədən anaya siqnal  vaxtında yetişmirsə, onda əmizdirmə ilə problemlər qaçılmazdır.

Belə ki, ən yaxşı doğum evlərində, körpə doğulan kimi, ona doğuş otağında ananın əmziyini verirlər. Bu plasentanın ayrılmasını stimullaşdırır və dərhal ana südünün istehsalı başlayır. Eyni zamanda, sonradan tez-tez əmizdirmə - laktasiyanı stimullaşdırmaq üçün ən səmərəli üsullardan biridir.

        Texniki məqamlar

Əmizdirmək  - təbii, lakin mürəkkəb prosesdir. Əmizdirməni öyrənmək lazımdır. Əmizdirən  ananın fiziki narahatlığı psixoloji gərginlik yaradır: əmizdirmə ağır yükə çevrilir. Bu əhval- ruhiyyə ilə isə, südün çox miqdarda olması mümkün deyil. Buna görə, körpəni rahat vəziyyətdə əmizdirmək lazımdır ki, bədən uzun müddət ərzində yorulmasın.

Gündəlik rejimi unutmayın: mütləq gündüz yuxusu üçün vaxt ayırın və açıq havada gəzin. Xüsusi döş masajı etməyə tənbəllik etməyin.

Gün ərzində bol maye qəbul etmək  ( gündə 1,5 litrdən artıq), vitaminlər və qida maddələrilə zəngin sağlam qida - döş südünün keyfiyyətli olması üçün yaxşı amillərdir .

Təbiətdən gələn kömək

Laktasiyanı bərpa və ya tənzimləmək üçün, arı südü kimi, xüsusi laktostimullaşdırıcı maddələrdən istifadə etmək olar. Arı südünü,  "Apilak Grindeks» dərman preparatı tərkibində tapmaq olar. Arı südü, zülallar, fermentlər, amin turşuları, vitaminlər, makro-və mikroelementlərlə zəngindir. Əməksevər arılar, əbəs yerə, arı südü ilə öz gələcək dişi-kraliçasını bəsləmirlər.

Əmizdirən qadın orqanizminə arı südü  kompleks təsir göstərir:

- süd vəzlərini stimullaşdırır və süd istehsalını artırır;

-maddələr mübadiləsini normallaşdırır;

-immunitet sistemini gücləndirir;

-bakterisid təsirə malikdir;

-doğuşdan sonra orqanizmi bərpa etməyə kömək edir.

 "Apilak Grindeks" dərman maddəsi, ana orqanizmində, vitamin çatışmazlığını bərpa  edir, ana südü keyfiyyətini yaxşılaşdırır, doğuşdan sonrakı stres və fiziki yüklənmələrin öhdəsindən gəlmək üçün kömək edir. Klinik tədqiqatlar nümayiş etdi ki, standart terapiya ilə müqayisədə, "Apilak Grindeks» preparatı laktasiyanı 1,5 dəfə artırır!

Çətinliklərə qalib gələrək

Sizin  körpəniz böyüdükcə, onun ana südünə tələbatı artır. Elə bir məqam ola bilər ki, onun tələbatı ilə, sizin imkanlar üst-üstə düşməyəcək. Həkimlər bu vəziyyəti laktasiya böhranı  adlandırırlar. Bu böhrandan qorxmayın! Əvvəlki kimi, gündəlik  rejimə riayət edin, pəhriz saxlayın, idman hərəkətləri edin, "Apilak Grindeks" preparatı qəbul edin və ən əsas - əmizdirməni saxlamayın! Sizin orqanızm yeni rejimə alışan kimi, laktasiya tənzimlənəcək və əmizdirmə yenidən, sizə həzz, uşağa isə sevinc gətirəcək!

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.