Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

İLK GÜNDƏN ANA SÜDÜ

Sizin evinizə körpənin gəlməsi böyük hadisədir. Siz artıq hazırsınız ki, körpə ilə bağlı qayğılar  indi çox vaxt aparacaq. Əslində , qida qayğısı heç olmamalıdır, çünki,  təbiət özü, körpə həyatının ilk ilini qida ilə təmin edmışdir.  Bu qida mənbəyi , uşağa ən yaxın şəxs olan, anadır. Təəssüf ki, əmizdirmə ilə bağlı tez-tez problemlər olur.  Bu təəccüblü deyil. Böyük şəhərlərdə yaşayış ritmi, qeyri- qənaətbəxş ekoloji vəziyyət və stress kimi amillər,  ananın  "süd zavodu" üçün çətinliklər törədirlər. Əgər problemlər varsa, əmizdirməni necə  normallaşdırmaq olar? Hər  halda, axı niyə  körpəni öz  südünüzlə qidalandırmalısınız?

Öz südünlə əmizdirmək  - bu vacibdir!

Uzun illərdir mütəxəssislər inandırırlar ki,  körpə üçün  ən doyumlu, dadlı və sağlam nahar, ana südüdür.Ana südü – bu sadəcə qida maddələri toplamı deyil. Körpə həyatının ilk günündən, ana südü, uşağın immunitet "qurucusudur".

Ana südü faydalarının qısa siyahısı:

Proteinlərin ən yaxşı balansı;

Körpənin immun sisteminin inkişafı üçün tərkibində  immunoglobulinlər var;

Südün tərkibi,  polidoymamış yağ turşuları, fermentlər və laktoza ilə zəngindir;

Tərkibində optimal miqdarda  mikronutriyentlər və aktiv vitaminlər var;

Südün temperaturu uşaq üçün ideal olur;

 Uşaqda qida borusu və bağırsaq  inkişafını stimullaşdırır;

Allergik reaksiya ehtimalı minimaldır.

Laktasiya həm anaya, həm də körpəyə faydalıdır. Süd vəzlərinin çalışması – qadın orqanizminin, döllənmədən başlayan dövrün  təbii davamıdır. Əmizdirmək maddələr mübadiləsi stimullaşdırır və nəticədə, ananın bədən quruluşu sürətlə bərpa olunur. Bundan əlavə, əmizdirmə zamanı, əhəmiyyətli hormonlar istehsal olunur, məsələn,oksitosin, nəinki, süd axınını tənzimləyir, həm də, uşaqlığın prenatal dövrdəki vəziyyətinə  qayıtmağına kömək edir. Əmizdirən qadınlarda, gələcəkdə  reproduktiv sistemin bədxassəli şişlər riski azalır.

Burada, əmizdirmə zamanı ana və uşaq arasında xüsusi səviyyədə olan emosional əlaqələr kimi mühüm psixoloji məqam var.

Belə ki, ana südü -  uşağın sağlam və düzgün inkişafı üçün zəmanətdir.

Südün az olması ?

Bir çox analar,  körpələrini əmizdirməyə hazırdılar və əmizdirmək  istəyirlər, lakin bir çox problemlərlə üzləşirlər.  Süd “qıtlığının” ən çox yayılmış səbəbi- psixoloji vəziyyətdir. Buna uyğun bir məsəl də var: ananın südü başından gəlir.  Digər bir  səbəb isə, doğum evində əmizdirməni gec başlamaqdır. Çünki,  laktasiya prosesi, körpənin əmziklə görüşündən sonra  " işə başlayır".

Əgər südün miqdarı kifayət deyilsə və ya azalırsa, onda, siz nə  etməlisiniz? Xüsusilə gənc analar üçün  bu bir çaxnaşmaya  səbəb olur. Amma çox nahaq! Hazırda, laktasiyanı təbii yolla  bərpa edən vasitələr mövcuddur.  Bizim nənələrimiz, laktasiya yaxşılaşdırılması üçün süd ilə şirin çay içməyi tövsiyə edirdilər. Təəccüblüdür ki, həqiqətən laktasiya bərpası üçün ən səmərəli vasitələrdən biri  süddür, lakin,  inək südü yox, arı südüdür.

Arı südü tərkibi – kral sayağı zəngindir. Arı südü tərkibinə zülallar, yağlar, karbohidratlar, vitaminlər qrupu (A, C, B1, B2 B3, B5 B6, B12, E, K, fol turşusu), makro-və mikroelementlər ( kalsium, dəmir, fosfor, sink, maqnezium, natrium, kalium) daxildir.  Eləcə də, arı südü tərkibində, həzmə səbəb olan fermentlər, hüceyrələrin regenerasiyasına cavabdeh olan hormonlar və əvəzolunmaz aminturşuları vardır.

Ana orqanizminə bu xəzinələri necə çatdırmaq olar?  Təbii məhsul Apilak Grindeks preparatının 1 tabletinin tərkibində  10 mq arı südü var. Preparatın qəbulu - əriməsinə qədər dil altına gündə 3 dəfə 1 tablet təyin edilir. Tövsiyə olunan qəbul kursu - 10-14 gündür. Dərman maddəsinin effektivliyi kliniki tədqiqatlarda təsdiq olunmuşdu.

Arı südü, laktasiyanı  düzgün və tam bərpa edəcək, lakin əlavə prosedurlar haqqında unutmayın.

Ən yayılmış  tədbirlər:

 tez-tez əmizdirərək stimullaşdırmak;

  isti su ilə duş qəbul etmək və süd vəzlərini masaj etmək;

 gündəlik  və qidalanma rejimi normalaşdırmaq;

 su rejiminə riayət etmək,  gündə 1,5 -2 litr maye içmək;

Laktasiyanın normalaşmasına  ailədəki sakit atmosfer də təsir göstərir.  Apilak Grindeks nəinki süd istehsalı miqdarını artırır, həm də, çox zaman ailədə atmosferi “korlayan”-  doğuşdan sonrakı depresiyanın öhdəsindən gəlmək üçün kömək edir. Yadda saxlamaq lazımdır ki, əmizdirmək bir iş və  ağır öhdəçilik deyil. Əmizdirmək, sizin körpənizlə təmasda olmağın  gözəl məqamlarıdır.

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.