MƏQALƏLƏR
Ana südü və ya təbii qidalanma körpənin düzgün inkişafı və böyüməsi üçün inanılmaz dərəcədə faydalı və zəruridir. Əmizdirən ana, bütün laktasiya dövrü ərzində xüsusi qaydalara riayət etməlidir.
Siz körpənin doğulmasını uzun zaman gözləyirsiniz, lakin, analığın ilk günləri sevincini, ana südü çatışmazlığı və ya ana südünün olmaması problemi kölgədə qoyur. Nə etməli? Hipoqalaktiya (latin dilində Hypo-“azalma” və laktos - "süd"), Ümumdünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, bu və ya digər formada, bütün planet analarının demək olar ki, hər üçüncüsündə qeyd olunur. Lakin, tibbi səbəblərə görə, qadınların yalnız 1% əmizdirə bilməz. Digər hallarda, bu həll olunan bir problemdir.
Ana südü – körpə üçün ideal tərkibli və təbii qida hesab olunur. Braun Universiteti (ABŞ) alimləri sübut etdilər ki, ana südü ilə qidalanan uşaqlar, baş beyin inkişafında, qarışıq və süni qidalanma qəbul edən uşaqlarla müqayisədə, yaxşı nəticələr göstərirlər.
Körpəni kifayət qədər südlə necə təmin etmək olar? Gənc ananı necə inandırmaq olar ki, onun südünün tərkibində tələb olunan faydalı maddələr və vitaminlər var? Gənc ananın orqanizmini necə gücləndirmək və dəstəkləmək olar? Bizdə bu suallara cavab var!
Analıq - bu hər bir qadın üçün ən böyük möcüzə və xoşbəxtlikdir. Hamiləlik və doğuş, körpəyə incə qayğı, əmizdirmə - bütün bunlar, qadına ana olmaq sevinci bəxş edərək, qadını anaya çevirir.
Təəssüf ki, hamiləlik zamanı və doğuşdan sonra orqanizm çox vaxt zəifləyir.
Bu xəstəliklərdən qorunmaq və tez bir zamanda, təbii şəkildə gücü bərpa etmək mümkündürmü? Birlikdə cavab axtaraq!
Əmizdirmək - ana və körpə üçün təkcə zəruri və xoş deyil, həm də məsuliyyət tələb edən prosesdir. Əmizdirməyə əvvəlcədən, hətta hamiləlik zamanı, hazırlıq aparılmalıdır. Uğurlu əmizdirmənin əsasını, sağlam həyat tərzi, düzgün pəhriz, qadınların pozitiv əhval-ruhiyyəsi təşkil edir. Əmizdirmənin əsas qaydaları və sirlərini bu məqalə təqdim edəcək.