Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

ƏMİZDİRMƏK – UŞAĞIN İMMUNİTETİNİ TƏMİN ETMƏK ÜÇÜN EFFEKTİV VASİTƏDİR

Ana südü -  körpə üçün ideal qida hesab olunur.

Körpə ana südündən , inkişaf və artım  üçün zəruri olan bütün maddələri, həmçini, onun imunitetinin formalaşması üçün tələb olunan immunoqlobulinləri,mənimsəyir.

Əlbəttə, körpəni dolğun, faydalı maddələrlə zəngin südlə təmin etmək üçün, əmizdirən qadınlar düzgün qıdalanmalıdılar.

IDEAL ANA SÜDÜ – NƏ DEMƏKDİR?

Hər bir qadın südünün tərkibinə  xüsusi zülallar, yağlar, karbohidratlar və fermentlər, habelə  hormonlar və böyümə faktorları daxildir.

 Istehsal olunan körpə qidaları tərkibinə ən çox daxil olan  inək südü tərkibindəki yağlar, insan südü yağlarından keyfiyyətcə fərqlənir. İnək südü tərkibindəki yağlar, bərk (odadavamlı) piylərdən ibarətdir və tərkibinə daxil olan doymuş yağ turşularının miqdarı, asan həzm olunan doymamış  yağ turşularının daha çoxdur. Ana südündən fərqli olaraq, inək südü təkibində doymuş yağ turşuları  1,5- 3 dəfə artıq olduğu üçün,  mədə -  bağırsaq traktını (xüsusilə körpələrdə) qıcıqlandırırlar  və  funksional fəsadlar törədirlər. İnək südü, polidoymamış yağ turşularının  həm kəmiyyət və həm də keyfiyyət tərkibinə görə (məsələn,  tərkibində 5 dəfə az linol turşusu var), qadın südündən geridə qalır.

İnək südündə zülallar (qadın südü ilə müqayisədə inək südündə 2,5- 3 dəfə daha artıq) , əsasən kazeyinlərdən ibarətdir və onların zərdab zülallarına  nisbəti 80:20 təşkil edir, eyni zamanda, qadın südü tərkibində kazeyin- zərdab zülal nisbəti optimaldır və bu 60:40 aşkarlanmışdı. İnək südü kazeyinləri (alfa – kazeyinlər) , qadın südü kazeyinlərilə (beta-kazeyinlər) müqayisədə, körpə mədəsində  daha ləng laxtalanaraq daha kobud, boş laxta əmələ gətirirlər və  mədə həzmini ləngidirlər.

Ana südü karbohidratları (beta - laktoza), körpə bağırsağında  həzm üçün faydalı və zəruri olan bifidobakteriyaların  inkişafını stimullaşdırırlar.  Eyni zamanda, inək südü karbohidratları ( alfa- laktoza )  nazik bağırsağın yuxarı hissəsində parçalanaraq,  demək olar ki, yoğun bağırsağa yetişmirlər  və buna görə də, bifidobakteriyalar üçün qida şəraiti yaratmırlar.

Ana südü ilə körpə orqanizminə daxil olan fermentlər, həzm sisteminə yağların mənimsənilməsində  kömək edirlər.  Həzm nəticəsində formalaşan sərbəst yağ turşuları, körpə üçün güclü anti-virus təsirinə malikdirlər.

Alimlər sübut etmışlər ki, ana südü, körpənin harmonik inkişafı və böyüməsini təmin edən, unikal maddələr və mikroelementlərin əvəzolunmaz mənbəsidir.

İMMUNİTET NƏDİR?

 

İmmunitet -  orqanizmin, xəstəliyə qarşı müqavimət bacarığıdır. Belə ki, yeni doğulmuş bir körpənin orqanizmi,  ətraf mühit amillərinin (viruslar, bakteriyalar) xaric təsirinə qarşı tamamilə müdafiəsizdir.

Körpənin immun sisteminin bir sıra xüsusiyyətləri var. Ana bətnində döl, yad mikroorqanizmlərlə görüşmədiyi üçün, dölün, yoluxucularla mübarizə mexanizmləri hələ ki,  yuxu rejimində olur. Amma  uşaq  doğulan kimi, dərhal patogen viruslar və infeksiyalara məruz qalır!

Körpə həyatının ilk aylarında , xəstəlik törədicilərilə mübarizə aparmaq üçün, ana südü tərkibindəki immunoqlobinlər (təbii ki, ana südü verilərsə) körpəyə dəstək verirlər, çünki, uşağın öz immun sistemi mükəmməl deyil və orqanizmə yad olanları  tanıyib,neytrallaşdırmaq üçün alışmalıdır, bu isə 7 yaşınadək meydana gəlir.

Xoşbəxtlikdən, təbiət hər şeyi nəzərə almışdır! Ana südü, körpələrdə nəinki bağırsaq florası inkişafına səbəb olur, eyni zamanda, körpənin mədə-bağırsaq traktında qida maddələrinin mənimsənilməsinə kömək gəstərərək, immunitetin formalaşmasını sürətləndirir.

 Süd vasitəsilə,  ana öz uşağına, qida maddələri və anti-cisimlərdən ibarət unikal kompleks ötürərək, körpədə  xəstəliklərə qarşı maneə yaradaraq, uşaqda tam immuniteti formalaşdırır.

Düzgün formalaşmış  immuniteti olan uşaqlar, başqalarından fərqli olaraq,  atopik dermatit (allergiya) və astma kimi ümumi və çətin xəstəliklərdən  daha az  əziyyət çəkirlər!

Təəssüf ki, hazırda bir çox əmizdirən qadınlar,  yüksək dərəcəli döş südü istehsalı üçün zəruri ərzaq qidaları ilə təmin olunmurlar.

Stress, qıdalanmada  meyvə və tərəvəzlərin olmaması, mənfi ekoloji amillər, eləcə də, daimi  yuxusuzluq və yorğunluğun olması, ana südü tərkibində  faydalı qida maddələrinin azalmasına səbəb ola bilər.

ƏMİZDİRƏN QADIN DÜZGÜN NECƏ QİDALANMADIR?

Əmizdirmək- məsuliyyətli prosesdir. Ana südü keyfiyyətinə və faydasına  əmin olmaq üçün hər bir əmizdirən ana, çox mürəkkəb olmayan  bəzi qaydalara riayət etməlidir və onları  bir vərdişə çevirməlidir.:

- Əhval-ruhiyyəni yaxşılaşdırmaq  və  bütövlükdə orqanizmə dəstək vermək üçün açıq havada vaxt keçirmək faydalıdır!

- Əmizdirən hər qadın öz qida qaydalarını nəzərdən keçirməli və  balanslaşdırmalıdır.

- İlk növbədə, laktasiyaya mənfi təsir göstərən məhsulları -  konservləşdirilmiş ərzaq, hisə verilmiş məhsulları, ət və turşuları, eləcə də, kəskin qoxu və dada malik olan ədviyyatları qida tərkibindən xaric etməlidir.

Əksinə olaraq, kimyon, çox miqdarda ilıq içkilər (klassik olaraq-  südlə çay içmək), vitaminlərlə zəngin qurudulmuş meyvə kompotu kimi qida məhsulları laktasiyanı  stimullaşdırırlar. Daha çox  qıcqırmış süd məhsulları yemək, azyağlı bulyon və şorbalara üstünlük verilməlidir. Laktogen məhsul olduğu üçün, hər gün bir neçə qoz-fındıq yemək faydalıdır.

Süd verən ananın qidasında un məmulatları, faydalı maddələrlə zəngin meyvə və tərəvəzlərlə əvəz olunmalıdır.

Düzgün qidalanma ilə yanaşı,  hər süd verən ana üçün çox faydalı bir dərman vasitəsi qəbulu vacibdir , bu , istifadəsi  çox rahat olan, tərkibində , qədim zamanlardan  öz müalicəvi xüsusiyyətlərilə tanınan , arı südü əsasında hazırlanmış "Apilak Grindeks»  preparatıdır:  gündə 3 dəfə  1 tablet sublinqval (dilin altına) , 10-15 günlük kurs şəklində qəbul olunur.

  Arı südünün  möhtəşəm sirri, onun tərkibindıki  unikal  vitaminlər və mikroelementlər kompozisiyasıdır.

Arı südünün tərkibinə qısa olaraq nəzər salsaq, burada  adı qıda mənbələrindən əldə etmək çox çətin olan, vitaminlər A, B1, B2, B3, B5, B6, B8, B12 və orqanizm üçün əvəzolunmaz makro-və mikroelementlərə - K, Na, Ca, Mg, Fe, P, Zn, Mn, Cu , Co, S, Si, Ni, Cr, Bi, və s.  rast gəlmək olar.  Ana təbiət özü, əmizdirən analara, bu cür  təbii və faydalı yolla  əmizdirməni zənginləşdirməyi təklif edir.

Arı südü, əmizdirən analarda  depressiya və yorğunluğu kənarlaşdırır, habelə, ana südünün səmərəli istehsalını stimullaşdırır və  onun tərkibini zənginləşdirir.

"Apilak" istifadəsi çox sadədir: iki həftə ərzində gündə 3 dəfə yalnız 1 tablet sublinqval qəbul edilməlidir.

Dünyaya körpə gətirmə k -  böyük bir xoşbəxtlikdir! Əmizdirmək -  ciddi münasibət  tələb edən bir prosesdir! Düzgün qidalanma və təbiətin  faydalı sirlərini istifadə etmək – hər bir əmizdirən ana üçün bu  xoşbəxt əməldə dəstəkdir!

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.