Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Müasir gələcək analar, xüsusilə işləyən analar, ara söhbətlərə uyğun - doğuşaqədər heç nə almamaq məsləhətinə uymayaraq, mağazada və ya internet vasitəsilə doğuşadək hər şey seçib, almağa üstünlük verirlər. Baxmayaraq ki, xoşbəxtlikdən ağlını itirmiş ata çətin ki, lazım olan geyim modeli seçecek, amma yenə də, bu həm qənaətbəxş seçim, həm də birgə xoş vaxt keçirmək deməkdir. Uşaq geyimləri o qədər xoşagəlimlidirlər ki, gələcək ananın əhval-ruhiyyəsini qaldırırlar!

Bir çox analar doğuşa xüsusi olaraq hazırlaşırlar, yəni kurslara gedirlər, hamilələr üçün yoqa ilə məşgul olurlar, hovuzda üzürlər və mütəxəssis məşğələlərində iştirak edirlər. Ümumiyyətlə, biz çətinıiklərə tam hazir oluruq, yuxusuz gecələr, meteorizm, qaytarmalar haqqında eşitmişik, bilirik ki, körpələr uzunmüddət ağlayırlar, hətta doğuşaqədər dövrə aid xüsusi ədəbiyyat oxumuşuq, və  düşünürük ki, körpənin bizim həyatımıza daxil olacağı bu “Möhtəşəm gün” və sonrakı günlər sevindirici olacaqlar, heç bir çətinlik bizi çaşdırmayacaq. Axı kurslar və kitablar bizə hər şeyi tam izah etmişdilər.

Siz doğum evindən qayıtdınız

  Lakin, hər bir yeni doğmuş ana, ilk dəfə evdə körpəsiylə təkbətək qaldıqda, qorxu, inamsızlıq hissi keçirir, körpəyə nəsə bir ziyan vuracağını düşünür, çünki hər bir körpə individual olduğu üçün, onun öz anasından, rəfiqələrindən və ya kitablardan aldığı bütün biliklər harasa qeyb olurlar. Körpələr müxtəlif olurlar, hər kəsə hər üç saatdan bir qida qəbul edən, gecələr rahat yatan və heç vaxt xəstələnməyən, “hədiyyə variantı” qismət olmur. Bir çox körpələr gecələr yatmağa qoymurlar, onları hər üç saatda yedirtmək lazımdır, bəzi uçaqlar meteorizmdə əziyyət çəkirlər və bütün gecəni yatmayaraq, saatlarla ağlaya bilərlər. Qadınlardan 10-15%-i ciddi  olaraq doğuşdan sonrakı depressiya yaşayırlar. Doğuşdan sonrakı depressiya, hətta Şahzadə Diana, Britni Spirs, Bruk Şilds və Qvinet Peltrou kimi məhşurları da yan keçməyib. Bruk Şilds hətta “Yağış başlayarkən, mənim doğuşdan sonrakı depressiyaya səyahətim” adlı kitab yazmış, Gvinet Peltrou isə bu mövzuda bloq yaratmışdı.

   Güc tükənərsə, özünə necə kömək etmək və haradan güc toplamaq

Həftə ərzində heç olmasa üç-dörd saatlıq kimisə kömək üçün cəlb edin ki, siz doyunca yata biləsiniz, saç düzümü salonuna və ya fitnes-kluba gedə biləsiniz. Əgər köməkçi yoxdursa, onda çalışın ki, körpəni gündüz rejiminə keçirəsiniz, çünki, yuxusuz gecədən sonra, yorgun vəziyyətdə gəzməkdənsə, körpəni eyvanda yatırıb, bir fincan çay içmək və sevimli televerilişə baxmaq olar. Körpə yatarkən, tələsərək hər  işi görmək vacib deyil, yaxşı olar ki, işləri sonraya saxlayıb, uzanıb, yatmaq lazımdır. İşləri sonra da görmək olar. Doğuşdan sonra, ilk üç ay ərzində siz gündəlik rejimi tənzimləyib, “ana-körpə” bağlantısı qurmaq, körpənin hər bir hərəkətini anlamalısınız, laktasiyanı bərpa etməlisiniz.

Təbabətdə arı südü, qədim zamanlardan zəngin vitamin mənbəyi kimi istifadə olunur, arı südü tərkibinə A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K vitaminləri, K, Na, Ca, Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Si, Nİ, Cr, As, Bi və başqa makro- və mikroelementlər, eyni zamanda digər bioloji aktiv maddələr daxildir və arı südü əsasında hazırlanmış “APİLAK Qrindex” preparatı sizə sakitləşərək, müsbət əhvala keçməyə kömək edər. Bu preparat əhval-ruhiyəni yaxşılaşdırır, işgüzarlıgı artırır, tonusu yüksəldir, anaya doğuşdan sonrakı sindromu qət etməyə yardım edir, eyni zamanda, Apilak laktasiyaya dəstək üçün əvəzolunmazdır.

Doğuşdan sonrakı sindrom 80 faizədək iki həftədən artıq olmur və psixoloqlar təsdiq edirlər ki, bu tamamilə normal vəziyyətdir, çünki “körpə ilə birgə ana da doğulur”, sizə və körpənizə bərabər bu yeni vəziyyətə alışmaq, körpənin verdiyi siqnalları anlamaq, onunla bir dalğaya yuklənmək lazımdır. Bütün bunlar vaxt tələb edir. Yaxşı olardı ki, ailəniz ətrafınızda sıx birləşsin, amma, əgər köməkçiniz yoxdursa belə, məyus olmağa dəyməz, çünki, sizin əlinizdə, görüşünə uzun zaman getdiyiniz və çox gözlədiyiniz körpəniz var.  
Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.