Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Əmizdirmənin faydası  

    Əmizdirmə təbii qidalanmadır, deməli körpə üçün düzgün qidalanma yoludur. Körpə, ana südü ilə birgə, böyümə və tam inkişafa tələb olunan bütün zəruri mikroelementləri, vitaminləri, hormonları, immunoqlobunləri və başqa əvəzolunmaz maddələr kütləsini alır.Heç düşünmüsünüz ki, körpə üçün əmizdirmə təkcə qidalanma deyil?

Əmizdirmə- analığın ən əsas amillərindən biridir. Əmizdirən ana zərif bağlantı, xöşbəxtlik hormonları, öz körpəsini sözsüz anlamaq kimi imkanlar əldə edir.Körpədə qorunmaq hissi və ana ilə birləşmə yaranır.

 Uşaq, öz vacibliyinə və əhəmiyyətinə əmin olaraq, rahat böyüyür.

Ümumdünya Səhiyyə Təşkilatı əmizdirmə dövrünü uzatmağı tövsiyyə edir. Minimal tövsiyyə edilən dövr- 6 aydır. Rusiyada əmizdirmənin orta müddəti 9-12 ay təşkil edir.

Əmizdirmə ilə ana südü alan körpələr, “süni” qidalanan körpələrlə müqayisədə, daha az xəstələnirlər, allergiya və bronxial astma kimi, immun dəyişikliklərinə az məruz qalırlar.

Bundan əlavə, təbii qidalanan körpələr, mərkəzi sinir sistemləri daha sürətlə inkişaf etdiyi üçün, emosional baxımdan daha stabildirlər və cəmiyyətdə yaxşı adaptasiya olunurlar.

Əmizdirən analar da, öz növbəsində,  körpələri üçün  öz vacibliyini və  əvəzolunmaz  olmaqlarını hiss etdiklərinə görə, özlərini xəşbəxt və əhəmiyyətli hesab edirlər!

            Əmizdirmənin mənfi tərəfləri: həqiqət və ya uydurma?

Bəzi analar belə hesab edirlər ki, əmizdirmənin mənfi tərəfləri var. Əlbəttə, tez-tez və gecə əmizdirmələrindən toplanan yorğunluq, qadının ümumi vəziyyətinə neqativ təsir göstərə bilər. Çox zaman, daimi yorgunluq və yuxululuq , əmizdirən ananın sirdaşına çevrilirlər.

Dırnaqarın qırılmasını, saçların tökülməsini, dişlərdə problemləri əmizdirmənin arzuolunmaz fəsadları hesab etmək olar.

        Qadın sağlamlığı üçün əmizdirməni necə təhlükəsiz etmək olar?

Xoşbəxtlikdən, əgər, orqanizm daxildən möhkəmlənsə və tonuslaşdırılsa, bu neqativ halları kənarlaşdırmaq olar.

Arı südü əsasında hazırlanmış Apilak Qrindeks ( adı bununla bağlıdır, çünki latınca, “Apis”- arı, “Lak”- süd deməkdir ) preparatı, aktivliyi qaytarır, həyat tonusunu yüksəldir və ana südünün  keyfiyyətini və miqdarını artırır.

Arı südü- təbiətin bizə bəxş etdiyi, unikal, “kral” hədiyyəsidir. Arı südünün zəngin kimyəvi tərkibinə görə, ana arının eşənəyi kütləsi 5-6 gün ərzində bir neçə dəfə artır.

Beləliklə, arı südü tərkibində aşkarlanan A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K vitaminləri və K, Na, Ca, Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Si, Nİ, Cr, As, Bi kimi makro- və mikroelementlər, eyni zamanda,  ömrü uzadan yuvenil hormonu daxil olmaqla, bir çox bioloji aktiv maddələr, əmizdirən anada laktasiyanı normallaşdırır və gücün bərpasını təbii təmin edir.

Əgər, əmizdirən ana, düzgün qidalanma, təmiz havada gəzintilər və pozitiv əhval-ruhiyyə ilə birgə Apilak qəbul edərsə, o zaman, əminliklə demək olar ki, əmizdirmənin mənfi cəhətləri onun üçün əfsanəyə çevriləcək, analıq sevinci və sağlam körpə isə reallaşacaq. 
Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.