Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

HİPOQALAKTİYA VƏ YA SÜD ÇATIŞMAZLIĞI : ÇIXIŞ YOLU VARMI?

Siz körpənin doğulmasını uzun zaman gözləyirsiniz, lakin, analığın ilk günləri sevincini, ana südü çatışmazlığı və ya ana südünün olmaması problemi kölgədə qoyur. Nə etməli? Hipoqalaktiya (latin dilində Hypo-“azalma” və laktos - "süd"), Ümumdünya Sağlamlıq Təşkilatının məlumatlarına görə, bu və ya digər formada, bütün planet analarının  demək olar ki, hər üçüncüsündə qeyd olunur. Lakin, tibbi səbəblərə görə, qadınların yalnız 1% əmizdirə bilməz. Digər hallarda, bu həll olunan bir problemdir.

Əgər körpə, əmizdirmədən sonra, tez-tez , yüksəkdən və narahat  qışqırıb, qızarırsa və əllərini o tərəf, bu tərəfə dartırsa, deməli,  hipoqalaktiyadan şübhələnmək olar. Qidalanmanın az olmasını, qəbizlik  və "quru bezlər" sindromu (6 aya qədər körpələr ən azı gündə 12 dəfəyədək sidik ifraz edirlər), yəni, kifayət qədər sidik ifrazının olmaması kimi siqnallar xəbər verir. Bundan əlavə, yeni doğulmuşun çəkisi ləng artır. Belə ki, körpələrdə altı aya qədər aylıq çəki artımı -500-700 qram, altı aydan sonra isə çəki artımı-  400 qram təşkil edir. Qadının özündə isə, hipoqalaktemiya zamanı, süd vəziləri kobudlaşmırlar, süd vəzini basarkən çox zəif süd ifraz olunur və  qidalanmadan sonra süd sağılmır.

Hipoqalaktiyanın iki növü var. İlkin hipoqalaktiya, qadın orqanizmində endokrin xəstəliklər və doğum ağırlaşmaları (vaxtından əvvəl doğuş, keysəriyyə əməliyyatı, böyük qan itkisi) fonunda, baş verən hormonal pozğunluqlar  nəticəsində yaranır. İkincili hipoqalaktiya, qeyri-düzgün gündəlik rejim, yorğunluq, stress, tənzimlənməmiş qidalanma və əmizdirmə texnikasının olmaması səbəbindən yarana bilər. Buna görə, dolğun laktasiyanı bərpa etmək və ya tənzimləmək üçün, hipoqalaktiyanın səbəbini müəyyən edib və aradan qaldırmaq lazımdır.

Nə etməli?

Balanslaşdırılmış gündəlik rejim. Bir qayda olaraq, gecələr gənc ananın doyunca yatmağı hər zaman mümkün deyil. Belə hallarda, gün ərzində, körpə yatarkən, istirahət üçün vaxt "tapmaq" lazımdır.

Düzgün qidalanma. Orta hesabla gün ərzində, əmizdirən ana 3500 kalori həcmində qida və 1,5-2 litr maye qəbul etməlidir. Eyni zamanda, yadda saxlamaq lazımdır ki,  bəzi qida məhsulları, məsələn, kələm, soğan, sarımsaq, südün dadına yaxşı təsir etmirlər və buna görə körpə, süd əmməkdən imtina edir.

Əmizdirmənin  düzgün texnikası. Laktasiya zamanı uşağın, təkcə süd vəzi əmziyi yox, həm də, süd vəzi areolasını ağzı ilə bütöv tutmasına əmin olmaq lazımdır. Körpənin ağzı geniş açılmalı və alt dodağı bayır tərəfə çevrilməlidir.

Tez-tez əmizdirmək  laktasiyanı əla stimullaşdırır. Gündüzlər ən azı hər 1,5-2 saatdan bir, gecələr isə, 3-4 dəfədən az olmayaraq, o cümlədən, gecə iki dəfə - saat 3-dən səhər saat 7-dək, əmizdirmək lazımdır.

Tələbata uyğun əmizdirmə. Bəziləri düşünürlər ki, laktasiya dəqiq, saata uyğun olmalıdır. Amma, əgər körpə tələb edirsə, deməli bu onun ehtiyacıdır.

Su prosedurları. Kontrast duş yaxşı möhkəmləndirici və laktostimullaşdırıcı vasitədir. Su prosedurlarını gündə iki dəfə, səhər və axşam qəbul etmək faydalıdır. Duş alarkən, suyun istiqamətini süd vəzinə yönəldərək, saat əqrəbi istiqamətində masaj etmək olar. Sonradan isə, çevrilərək, su axınını kürək və bel nahiyələrinə yönəltmək olar.

Psixoloji əhval-ruhiyyə. Laktasiya  ana və uşaq arasında psixo-emosional əlaqə yaradılmasında həlledici rol oynayır və əgər, hər hansı səbəbdənsə, bu əlaqə yoxdursa, onda laktasiyada dolaşıqlıq baş verər. Əmizdirmədən əvvəl, bu prosesə hazırlaşaraq, onun bəxş etdiyi xoşbəxtliyi və öz rolunu anlamaq vacıbdir.

Laktasiya stimullaşdırmaq üçün təbii maddələrin qəbulu. Bu maddələrə arı südü və onun əsasında hazırlanmış "Apilak Grindeks» dərman preparatıdır. Bu dərman preparatı faydalı maddələrin əsl xəzinəsidir, çünki tərkibində amin turşuları, vitaminlər (A, B1, B2, B3, B5, B6, B8, B12, C, D, E, K, fol turşusu), makro-və mikroelementlər(K, Na, Ca, Mg, Fe, P, Zn, Mn, Cu, Co, S, Si, Ni, Cr, kimi, Bi), fermentlər və digər bioloji aktiv maddələr vardır. "Apilak Grindeks» preparatı

• döş südü çatışmazlığını bərpa edir, süd vəzi qan dövranını və döş südü axınını yaxşılaşdırır;

• qan dövranını yaxşılaşdırır və qan təzyiqi normallaşdırır;

• immuniteti yaxşılaşdırır, ana və körpə orqanizmini viruslar və yoluxduruculardan qorumağa kömək edir;

• tonuslaşdırır,  gücü bərpa edir və ruh yüksəkliyini artırır;

• doğuşdan sonrakı depresiyanı kənarlaşdırır və əhvalı yaxşılaşdırır.

"Apilaka Grindeks" preparatı üçün yeganə əks-göstəriş, arı məhsullarına olan allergiyadır.

Əmizdirmək və ya əmizdirməmək?

Müasir dövrdə, südlü qarışıqların olmasıyla, demək olar ki, hipoqalaktiya problem deyil. Lakin, ana südünün unikal tərkibi olduğu üçün,  yalnız ana südü, körpənin görmə orqanları və baş beyinin dolğun inkişafına dəstək verir, eyni zamanda, kövrək orqanizmi yoluxduruculardan qoruyur. Araşdırmalar sübut edirlər ki, ana südü ilə qidalanan körpələr, “süni qidalanan” körpələrə nisbətən daha az xəstələnirlər. Bundan əlavə, ana südü ilə böyüyən uşaqlara, daha inkişaf etmiş intelekt məxsusdur, onlar danışmağa tez başlayırlar və gələcəkdə daha asanlıqla ictimai həyata adaptasiya olunurlar. Buna görə, əgər siz hipoqalaktiya ilə rastlaşmısınızsa, tələsik təslim olmayin, çünki, bu dövrdə, sizin körpənin ən çox sizin südə ehtiyacı var.

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.