
Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Doğuşa hazırlıq və sevinclə gözləmək
Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək.

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır. Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!
ƏMİZDİRƏN ANANIN PƏHRİZİ: Nə yemək olar və nə yemək olmaz?
Ana südü və ya təbii qidalanma körpənin düzgün inkişafı və böyüməsi üçün inanılmaz dərəcədə faydalı və zəruridir. Əmizdirən ana, bütün laktasiya dövrü ərzində xüsusi qaydalara riayət etməlidir.
Əmizdirmənin əsas qaydaları.
Hər bir qadın artıq hamiləlik zamanı, əmizdirməyə hazırlaşmalıdır. Əmizdirmə dövrü ərzində ən əsası, ananın öz körpəsinə ən yaxçı qida vermə arzusu və bununla belə, öz seçiminə güvənərək, təmkinli olmasıdır.
Laktasiyanın ideal başlaması üçün, doğuşdan dərhal sonra körpəni əmizdirməkdir. Bu körpəni sakitləşdirir, o, dərhal birinci südün ilk damcılarını alaraq, ana sevgisini hiss edir.
Adətən, süd axını doğuşdan 3-5 gün sonra gəlir. Doğuşdan sonrakı ilk günlərdə, körpəni uzun müddət döşə yaxın tutmaq çox vacibdir və bunun üçün kəmərdən istifadə etmək çox rahatdır.
Isti yay mövsümündə körpəyə su içmək təklif etmək olar, lakin əksər hallarda, birinci süd , sonradan isə, ananın döşündə istehsal olunan süd ,ona kifayətdir.
Körpədə əmziyi düzgün tutmağı formalaşdırmaq üçün, şüşə ilə qidalandırma və süni əmziklə yatızdırmaqdan imtina etmək yaxşıdır. Körpəni içizdirmək və yedirtmək üçün öz döşünüzdən istifadə edin, o zaman, süd istehsalı daha da sürətlənər və əmziyi düzgün tutmaqla problem olmaz.
Əmizdirmənin başlanğıcında olan, döşlərdəki çatlarların qarşısını almaq üçün, əmizdirmədən əvvəl, yuyulmağa ehtiyacı olmayan, xüsusi məlhəmlərdən istifadə edin. Döşləri masaj edin, duş qəbul etdikdən sonra, döşləri və əmzikləri yumşaq dəsmal ilə ovuşdurun.
Körpə tələbatına uyğun, onu tez-tez əmizdirin. Yenidoğulan təkcə yemək və içmək istəmir, həm də anasının döşü yaxınlığında özünü sakit hiss edir.
Əmizdirən ana nə yeməlidir?
Əmizdirən ana öz adi rasiyonunu nəzərdən keçirərək,onun tərkibindən, ən az miqdarda belə, spirtli içkiləri, turşuları, hisə verilmiş məhsulları, həddindən artıq yağlı və qızardılmış yeməkləri çıxarmalıdır. Şokolad, sitrus meyvələri və allergiya törədə bilən başqa məhsulları mümkün qədər az miqdarda, ehtiyatla, körpənin bu məhsullara qarşı reaksiyasını müşaidə edərək, qəbul etmək olar.
Əmizdirmədən 20-30 dəqiqə əvvəl, qadının, bir fincan süd ilə şəkərli isti çay içməsi faydalı olar, çünki, bu süd axınını yumşaq stimulyasiya edir və qadının özündə, əmizdirmə zamanı ağızda susuzluq və quruluq hissi yaranmır.
Ümumiyyətlə, hər bir əmizdirən ana gündəlik maye qəbulu miqdarını 1,5 litrədək artırmalıdır. Laktasiyanı stimullaşdıran giləmeyvə suları, meyvəli içkilər, bitki mənşəli çaylar, xüsusilə, kimyon və ya şüyüdlü çaylar içmək lazımdır.
Əmizdirən ananın pəhrizi müxtəlif, təzə meyvə və tərəvəzlərlə zəngin olmalıdır. Qadın, balıq, yağsız ət, şorbalar yeməli, qıcqırmış süd məhsulları içməli, göyərti və kəsmik qəbul etməyi unutmamalıdır.
Əmizdirən anaların pəhrizinə, xüsusilə hipoqalaktiyaya meyillik varsa (süd istehsalı kifayət qədər deyilsə) , ekspertlər, əlavə vitamin və minerallar mənbəyi kimi, təbiətin “kral” hədiyyəsi olan arı südü əsasında hazırlanmış "Apilak Grindeks" preparatı istifadəsini məsləhət görürlər. Hər bir halda, hər hansı bir preparat qəbulundan əvvəl, mütəxəssislə məsləhətləşmək vacibdir.
Arı südü tərkibinə, praktiki olaraq, bütün əsas vitaminlər və minerallar, əvəzolunmaz amin turşuları, antibakterial xüsusiyyətləri malik, unikal zülallar, habelə, ömürü uzadan yuvenil hormon,daxildir.
Arı südü, döş südü istehsalını stimullaşdırır, habelə - onun strukturu yaxşılaşdırır, gücləndirir və ana orqanizmini tonuslaşdırır, depressiya, yorğunluq təzahürləri ilə mübarizə aparır.
Ana təbiət qadınlara analıq xoşbəxtliyi bəxş etmişdir və onun ayrılmaz hissəsi əmizdirməkdir! Düzgün pəhriz, gündəlik rejim, müsbət əhval-ruhiyyə, eləcə də, arı südü, hər bir qadına bu bəxşişdən tam ləzzət almağda kömək edə bilər!