Azerbaijan
ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR ARI SÜDÜ NƏ İLƏ FAYDALIDIR

Əgər süd yoxdursa və ya kifayət qədər deyilsə, o zaman gənc ana təlaşa düşür, çünki, ana südü, yeni doğulmuş körpənin böyüməsi və inkişafı üçün tələb olunan ən dolgun mənbədir. Hipoqalaktiya - ana südü çatışmazlığının elmi adıdır, kifayət qədər yayılmış, lakin həll olunan problemdir.

Detail
“DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR? “DOĞÜŞDAN SONRAKI SİNDROM”. DOĞUŞDAN SONRA “HƏYATA QAYIDIŞ” NƏ QƏDƏR TEZ OLMALIDIR?

Doğuşa hazırlıq və sevinclə gözləmək

Hamiləliyin doqquz ayı ərzində biz səbirsizliklə körpənin dünyaya gəlməsini gözləyirik. Körpənin necə olacağını təsəvvür edirik, USM-də onun ilk “fotoşəklini” alarkən sevinirik, çalışırıq ki, həkimlərin tövsiyyələrini yerinə yetirək, həyəcanlanmayaq, təmiz havada çox gəzişək. 

Detail
ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ ƏMİZDİRMƏNİN MÜSBƏT VƏ MƏNFİ CƏHƏTLƏRİ

Döllənmə, hamiləlik, doğuş, əmizdirmə - təbiətin mükəmməl və təkrarolunmaz möcüzələridir. Qadın bu prosesləri öz üzərində hiss edərkən, tam “ açılır.  Gənc analarda, əmizdirmə ilə bağlı, çoxlu suallar meydana gəlir. Bu suallara birgə cavab verməyə çalışaq!

Detail

XƏSTƏLİKDƏN SONRA HAMİLƏ VƏ YA ƏMİZDİRƏN ANA ORQANİZMİNİ SÜRƏTLƏ ECƏ BƏRPA ETMƏK OLAR?

Analıq - bu hər bir qadın üçün ən böyük möcüzə və xoşbəxtlikdir. Hamiləlik və doğuş, körpəyə incə qayğı, əmizdirmə - bütün bunlar, qadına ana olmaq sevinci bəxş edərək, qadını anaya çevirir.

Təəssüf ki, hamiləlik zamanı və doğuşdan sonra orqanizm çox vaxt zəifləyir.

Bu xəstəliklərdən qorunmaq və tez bir zamanda, təbii şəkildə gücü bərpa etmək mümkündürmü? Birlikdə cavab axtaraq!

Mövsümarası dövr : diqqət, xəstəlik riskinin yüksəkməsi!

Bahar gələn kimi, hər bir kəs, vaxtının çoxunu təmiz havada keçirməyi arzulayır, bu düzgün və faydalı istəkdir! Lakin unutmayaq ki, bahar- aldadıcı istilik, yelçəkənlər dövrü və virusların xüsusi aktivliyi zamanıdır.

Hamiləlik və doğuşdan sonra qadınlarda, hətta cüzi bir soyuqdəymə, immunitetin ümumi azalması ilə birlikdə çox tez xəstəliyə gətirib çıxara bilər.  Titrəmə, oynaqların ağrıması, boğaz ağrısı və burun axıntısı, əhəmiyyətli dərəcədə hər kəsin  - xüsusilə hamilə və ya əmizdirən anaların həyatını çətinləşdirə bilər!

Xəstəlikdən sonra orqanızmının bərpası uzun müddət tələb olunur, zəiflik və "dağınıq" vəziyyət hələ bir müddət də gənc ananı narahat edə bilər.

 Normal həyat ritminə tez qayıtmaq üçün əmizdirən anaya nə kömək edəcək?

Hamilə və əmizdirən qadınlar üçün özbaşına müalıcə yolverilməzdir, çünki hətta adi soyuqdəymə müalicəsi üçün dərman maddələrini, hamilə və əmizdirən qadınlara, tövsiyyələri ciddi əməl olunan mütəxəssis təyin etməlidir. Orqanizmin bərpasını sürətləndirməyə, rahat yuxu, düzgün qidalanma, açıq havada gəzinti kömək edir.

Bu əsas qaydalar ilə yanaşı, immun sisteminin  əhəmiyyətli dərəcədə yüksəlməsinə və orqanizmin möhkəmlənməsinə, arı südü əsasında hazırlanmış dərman preparatı "Apilak" kömək edə bilər.

Dərman preparatının adını, latın sözləri “Apis”-Arı və "Luck" – süd, təşkil edir. Qədim zamanlardan bəri, arı südü öz unikal tərkibilə tanınaraq, orqanizmi daxildən möhkəmləndirir və əbəs yerə onu “Təbiətin kral hədiyyəsi” adlandırmırlar.

Arı südü tərkibinə daxil olan, antibakterial xüsusiyyətlərə malik olan, qiymətli zülallar, amin turşuları, yağlar, vitaminlər və aktiv maddələr- fermentlər, orqanizmin soyuqdəymədən  sonrakı  bərpası üçün, "Apilak" preparatını,   həqiqətən zəruri silaha çevirir!

Arı südünü, həm hamilə, həm də əmizdirən qadınlar istifadə edə bilərlər, lakin hər bir halda,  istifadədən əvvəl mütəxəssislə məsləhətləşmək vacibdir. "Apilak", nəinki, orqanizmi soyuqdəymədən sonra bərpa edir, həm də tonusedici təsir göstərir, immun sistemini gücləndirərək, anaya normal həyat tərzinə qayıtmaq üçün imkan yaradır.

Hamiləlik və əmizdirmə zamanı, arı südü, orqanizmi C, B1, B2, B5, B6, B8, B12, H, vitaminləri ilə, inositol, fol turşusu, eləcə də, zəruri olan başqa maddələr və mikroelementlərlə zənginləşdirir. "Apilak" preparatı -  bizim immunitet üçün təbii stimulyator olaraq, hüceyrə metabolizmini yaxşılaşdıraraq,  maddələr mübadiləsini  sürətləndirir və sağalmanı tezləşdirir.

Buna görə, gəzintilər, düzgün qidalanma, gündəlik rejimə riayət etmək və müsbət emosiyalar, immun sistemini möhkəmləndirməyə, tonus və əhval-ruhiyəni yüksəltməyə kömək edirlər!

Istifadə etməzdən əvvəl, dərmanın göstərişləri ilə tanış olun.
Əks göstərişlər barədə mütəxəssislə məsləhətləşin.